Accessibility links

Əl-Qaidənin Liviyadakı lideri Muxtar Bilmuxtar öldürülüb


Birləşmiş Ştatlar hərbi qüvvələrinin bildirdiyinə görə, bazar günü həyata keçirilən hava hücumu zamanı Əl-Qaidənin Liviyadakı lideri Muxtar Bilmuxtar öldürülüb.

Liviyanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökuməti hava hücumunun şənbə günü həyata keçirildiyini və Bilmuxtarın öldürüldüyünü təsdiq edib.

Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin bazar günü gecə açıqladığı bəyanatında Bilmuxtarın öldürüldüyü tam təsdiq olunmasa da, nazirliyin sözçüsü general Stiv Vorren rəsmilərin hava hücumunun uğurla başa çatdığına inandıqlarını bildirib.
"Mən təsdiq edə bilərəm ki, keçən gecə anti-terror adı ilə həyata keçirilən hava hücumu uğurla başa çatıb" - deyə general Vorren bildirib.

Birləşmiş Ştatların Dövlət Departamenti özünü "Qanla imzalanmış batalyon" adlandıran qrupun lideri Bilmuxtarın başına 5 milyon dollar mükafat elan etmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG