Accessibility links

Liviya ordusu ölkənin müvəqqəti hakimiyyətinin qeyri-qanuni silahlı dəstələrin fəaliyyətinə qadağa qoymasından sonra paytaxt Tripoli və ətrafında həmin dəstələrə qarşı reydlər keçirildiyini bildirib.

Bazar günü keçirilən reydlər Liviyanın Milli Şurasının prezidenti Məhəmməd Əl-Maqarifin hökumətin nəzarətində olmayan sılahlı qüvvələrin və xaricdən idarə olunan hərbi düşərgələrin fəaliyyətinin dayandırılmasına göstəriş verməsindən sonraya təsadüf edir.

Keçən həftənin şənbə günü 11 nəfərin ölümü, 60-dan çox insanın yaralanmasından sonra yaraqlıların Benqazi şəhərindəki mövqeləri nəzarət altına alınıb. Bu addım minlərlə insanın Benqazi küçələrinə çıxaraq, silahlə qruplaşmaların dağıdılması tələbindən sonra atılıb.
XS
SM
MD
LG