Accessibility links

Liviya rəsmilərinin bildirdiyinə görə, bu gün ölkənin şərqindəki Benqazi şəhərində təhlükəsizlik idarəsinin rəisi Fəraq Əl-Dersi gecə işdən evinə qayıdarkən qətlə yetirilib. Qətlin məsuliyyətini hələlik üzərinə götürən olmayıb.

Son aylar Benqazidə bomba hücumları və diktator Müəmmar Qəzzafi dövründə işləyən təhlükəsizlik rəsmiləri daxil olmaqla, çox sayda qətllər həyata keçirilir.

Sentyabr ayının 11-də də Benqazidəki ABŞ səfirliyinə edilən hücum zamanı səfir Kris Stivens və digər üç amerikalı diplomat qətlə yetirilmişdi. Rəsmilər qətllərin İslamçı ekstremistlər tərəfindən həyata keçirildiyindən şübhələnir.
XS
SM
MD
LG