Accessibility links

Qəzzafi təfəfdarı qüvvələrin mehmanxanada saxladığı jurnalistlər azad edilib(YENİLƏNİB)


Qəzzafi təfəfdarı qüvvələrin mehmanxanada saxladığı jurnalistlər azad edilib(YENİLƏNİB)
Qəzzafi təfəfdarı qüvvələrin mehmanxanada saxladığı jurnalistlər azad edilib(YENİLƏNİB)

Liviya lideri Müəmmar Qəzzafiyə sadiq qüvvələr tərəfindən saxlanılan təxminən 35 xarici jurnalist azad edilib. Üsyançıların Tripoliyə nəzarət etməsinə baxmayaraq, Qəzzafi tərəfdarı qüvvələr jurnalistlərin 4 gün ərzində Riksos mehmanxanasından çıxmasına icazə verməyib. Onların azad edilməsinin detalları məlum deyil. Lakin bu, Beynəlxalq Qırmızı Xaç təşkilatının nümayəndəsinin Qəzzafi təfəfdarı qüvvələrin nəzarətində olan mehmanxanaya gəlməsindən bir qədər sonra baş verdiyi deyilir. CNN şirkətinin müxbiri Matyu Çans jurnalistlər arasında olub. Onun sözlərinə görə, jurnalistlər dəhşətli bir şəraitdə həbs ediliblər. O, CNN-ə deyib ki, vəziyyət Qəzzafi tərəfdarı qüvvələrin Liviya liderinin rejiminin süqutunu başa düşməsindən sonra dəyişib.

XS
SM
MD
LG