Accessibility links

Bu addım Benqazidə rəsmilərin yarı-hərbi dəstələrin bazalarını ələ keçirməsindən sonra atılıb

Liviyanın müvəqqəti hökumətinin prezidenti Məhəmməd El-Maqarif ölkədə böyük etiraz nümaiyşlərinin ardınca qeyri-qanuni birləşmələrin buraxılması haqda əmr verib.

Milli Assambleyanın prezidenti dövlət nəzarətində olmayan bütün yarı-hərbi və hərbi birləşmələrin fəaliyyətinin qadağan ediləcəyinə söz verib. Bu addım rəsmilərin Benqazidə şənbə günü yarı-hərbi dəstələrin bazalarını ələ keçirməsindən sonra atılıb. Benqazidə toqquşmalar 11 adamın ölümü və 60-dan çox adamın yaralanması ilə nəticələnmişdir.

Cihad tərəfdarlarının hərbi bazası ətrafında toqquşmalar cümə günü liviyalıların Benqazidə yarı-hərbi qrupların tərksilah edilməsi tələbilə keçirdiyi nümayişlərin ardınca baş vermişdi.

Nümayişçilər cihad tərəfdarı Ənsar Əl-Şəriə qrupunu qərargahından çıxarıb və Benqazidə digər yarı-hərbi dəstələrin bazalarını ələ keçirmişdir.

Ənsari Əl-Şəriə qrupu ABŞ-ın Benqazidə konsulluğuna hücum və Liviyada səfir Kristofer Stivens və daha üç Amerika diplomatının ölümündə əli olduğu deyilir. Qrup bu ittihamı rədd edir.
XS
SM
MD
LG