Accessibility links

Birləşmiş Ştatlar prezidenti Barak Obama milli təhlükəsizlik üzrə məsləhətçilərinə İslam Dövlətinin Liviya və digər dövlətlərdə fəaliyyətinin genişlənməsinin qaşısının alınması yolunda iş aparmaq göstərişi verib.

Obama Birləşmiş Ştatların lazım olan hər bir ölkədə fəaliyyət göstərən İslam Dövlətinin qarşısını almaqda mübarizəni davam etdirəcəyini deyib.

İslam Dövlətinin Liviyadakı mövcudluğundan narahat olan prezident Obamanın narahtlıqlarını ABŞ-ın müdafiə naziri Eş Karter də bölüşüb.

Pentaqonda keçirilən mətbuat konfransı zamanı Karter deyib ki, İslam Dövlətinin xarici döyüşçülərdən istifadə edərək, təlim saytları təşkil etməklə özünün Liviyadakı mövqelərini gücləndirməyə çalışır.

XS
SM
MD
LG