Accessibility links

Liviyada vəziyyətlə əlaqədar xam neftin qiyməti enib

  • Amerikanın səsi

Liviyada vəziyyətlə əlaqədar xam neftin qiyməti enib

Liviyada vəziyyətlə əlaqədar xam neftin qiyməti enib

Liviyada münaqişənin həlli istiqamətində inkişaf nəticəsində qlobal səviyyədə neftin qiymətinin düşməsi müşahidə edilir.

London hərracında Brent xam neftin qiyməti 3 dollar 50 sent düşərək, 105 dollar 15 sent təşkil edib. Brent bütün dünya üzrə xam neftin yarısı üçün etalon qiymət hesab edilir.

Liviya üsyandan əvvəl dünya neftinin 2 faizini, ya da gündə 1,6 milyon barrel neft hasil edirdi.

Münaqişə zamanı neft hasilatı 90 faiz enmiş, neft işçiləri təxliyyə edilmiş, nəqliyyat dayanmışdı.

Neftin nəqlinin dayanacağı ilə bağlı narahatlıqlar qlobal neft qiymətlərinin kəskin artmasına gətirib çıxarmışdır.

Liviyadan neft ixracının nə zaman bərpa olacağı ilə bağlı müxtəlif fikirlər söylənilir. Ekspertlərin bir hissəsinin fikrincə, neftin ixracı bir neçə ay ərzində, bəzilərinin fikrincə isə bir il müddətində bərpa ola bilər.

XS
SM
MD
LG