Accessibility links

Nəhəng neft şirkətləri Liviyada əməliyyatları bərpa etməyə çalışır


Nəhəng neft şirkətləri Liviyada əməliyyatları bərpa etməyə çalışır
Nəhəng neft şirkətləri Liviyada əməliyyatları bərpa etməyə çalışır

Dünyanın başlıca neft şirkətləri Liviyada üsyançılar ölkəyə tam nəzarət etməyə başlasa, neft yataqlarının tezliklə açılacağını gözləyir, lakin bunun nə qədər vaxta baş verəcəyi haqda müxtəlif təxminlər var.

Fevral ayında üsyançı hərəkatının başlamasından öncə Liviya gündə 1,8 milyon barrel, ya da dünya neftinin 2 faizini hasil edirdi. Müəmmar Qəzzafinin hakimiyyətdən devrilməsi uğrunda mübarizə başladıqdan sonra nəhəng neft şirkətləri Liviyada əməliyyatları dayandırmış və personalı ölkədən çıxarmışdır. Bunun nəticəsi olaraq Liviyanın neft hasilatı gündə 60 min barrel səviyyəsinə düşmüşdü.

Üsyançıların paytaxt Tripolinin böyük hissəsini ələ keçirməsindən sonra bəzi neft şirkətləri əməliyyatları bərpa etməyə çalışır. BP, Marathon Oil və İtaliyanın Eni şirkətləri hasilatı bərpa etməyə çalışan əsas şirkətlərdir. Lakin bu şirkətlər bildirir ki, bunun nə zaman baş verəcəyini neft yataqlarını yoxladıqdan sonra deyə biləcəklər.

Neft sənayesi üzrə təhlilçilərin fikrincə, Liviyada neft hasilatı döyüşlər kəsildikdən bir neçə ay sonra başlaya bilər. Lakin bəzi təxminlərə görə, münaqişədən əvvəlki həcmə çatmaq üçün iki ilə qədər vaxt tələb oluna bilər.

Nyu-York investisiya bankı olan Goldman Saks (Goldman Sachs) Liviyanın neft hasilatının gələn il gündə 250 min barrel təşkil edəcəyini təxmin edir. Dünya bazarlarında yüksək qiymətləndirilən Liviya neftinin 85 faizi Avropaya ixrac edilirdi.

XS
SM
MD
LG