Accessibility links

Anti-korrupsiya təşkiları Qəzzafi ailəsinin Liviyanın dövlət fondları üzərində güclü nəzarəti olduğunu bildirir


Anti-korrupsiya təşkiları Qəzzafi ailəsinin Liviyanın dövlət fondları üzərində güclü nəzarəti olduğunu bildirir
Anti-korrupsiya təşkiları Qəzzafi ailəsinin Liviyanın dövlət fondları üzərində güclü nəzarəti olduğunu bildirir

Yeni məlumatlara əsasən, Liviya lideri Müəmmər Qəzzafi ölkənin neft gəlirlərini Uol Strit və Avropanın maliyyə müəssisələrindəki hesablara keçirib. Britaniyanın korrupsiyaya qarşı mübarizə aparan Global Witness təşkilatının açıqladığı sənəddə göstərilir ki, Liviya keçən il iyun ayında 54 milyard dollar məbləğində neft gəlirlərini dünya banklarındakı hesablarda gizlədib. Liviya investisiya idarəsinin sənədinə əsasən, bu maliyyənin bir hissəsi ABŞ-da Goldman Sacks və JP Morgan, Britaniyada HSBC Holding, Fransada Societe Generale və Yaponiyada Nomura kimi nəhəng maliyyə qurumlarının hesablarına köçürülüb. İnvestisiya idarəsi həmçinin maliyyənin bir hissəsini Liviya və Yaxın Şərqdə bank hesablarına keçirib. Global Witness bildirir ki, Qəzzafi ailəsinin dövlət fondları üzərində guclü nəzarəti var idi. Lakin Liviyaya qarşı maliyyə sanksiyalarından sonra cənab Qəzzafinin hansı hesablarına nəzarət edə bildiyini müəyyən etmək mümkün deyil. Korrupsiyaya qarşı mübarizə qrupunun bildirdiyinə görə, Beynəlxalq Cinayətlər Məhkəməsi cənab Qəzzafinin şəxsi hesabları və dövlətə resurları arasında fərq qoymadığını bildirir.

XS
SM
MD
LG