Accessibility links

Qəzzafi hökumətində əsas fiqurların dəstəyini itirir


Qəzzafi hökumətində əsas fiqurların dəstəyini itirir
Qəzzafi hökumətində əsas fiqurların dəstəyini itirir

Tripolidə şahidlər hərbi vertolyot və təyyarələrin dünən mülki vətəndaşlar yaşayan əraziləri hədəf aldıqlarını bildiriblər

Liviyanın lideri Müəmmar Qəzzafi hökumətində əsas fiqurların dəstəyini itirir. Qəzzafinin nümayişçiləri qəddarcasına yatırmasına cavab olaraq ölkə daxilində və xarici ölkələrdəki Liviya rəsmiləri vəzifələrindən istefa verir, ya da hökumətəleyhinə nümayişçilərin tərəfinə keçir.

Cənab Qəzzafi dünən televiziya vasitəsi ilə verdiyi qısa bəyanatında Venesuelada deyil, Liviya paytaxtında olduğunu bildirib. O, nümayişlər başlayandan bəri ilk dəfə olaraq ictimaiyyət qarşısına çıxıb.Nümayişlər təxminən 42 ildir hakimiyyətdə olan cənab Qəzzafi üçün böyük sınaqdır.

Qəzzafinin hökumət əleyhinə nümayişçilərə qarşı silahlı hücum həyata keçirdiyinə görə bir neçə ölkədə olan Liviya diplomatları Qəzzafi ilə münasibətlərini kəskinləşdiriblər. Liviyanın ABŞ-dakı səfiri Əli-Aujali Liviya liderini istefa verməyə çağırıb. Liviyanın Hindistan və İndoneziyadakı səfirləri, habelə Çinə təyin olunmuş diplomat da daxil olmaqla, bir sıra diplomatlar istefa veriblər. Liviyanın Malaziya və Avstralyadakı səfirləri artıq cənab Qəzzafini təmsil etmədiklərini bildiriblər.

Tripolidə şahidlər hərbi vertolyot və təyyarələrin dünən mülki vətəndaşlar yaşayan əraziləri hədəf aldıqlarını bildiriblər. Afrika ölkələrindən muzdlu hərbiçilərin və Qəzzafi tərəfdarlarının xalqı təhdid etmək məqsədi ilə nümayişçilərə silahlardan atəş açdığı bildirilir.

XS
SM
MD
LG