Accessibility links

Dünya ölkələrinin liderləri Liviya ilə bağlı atılacaq növbəti addımları müzakirə edir


Dünya ölkələrinin liderləri Liviya ilə bağlı atılacaq növbəti addımları müzakirə edir
Dünya ölkələrinin liderləri Liviya ilə bağlı atılacaq növbəti addımları müzakirə edir

Fransanın vasitəçisi müttəfiq ölkələrlə Liviya hesablarına qoyulmuş qadağanın götürülməsini nəzərdə tutan BMT qətnaməsi üzərində iş aparıldığını deyib.Hesablar BMT sanksiyalarına əsasən dondurulmuşdur.

Britaniya rəsmiləri Müəmmər Qəzzafi nəzarəti itirdiyi halda, Triopoliyə yardım yollarının nəzərdən keçirildiyini bildirirlər. Nikaraqua hökuməti cənab Qəzzafiyə siyasi sığınacaq vermək təklifinin nəzərdən keçirildiyini bildirir. Lakin prezident Daniyel Orteqa dünən bildirib ki, Liviya lideri bu haqda müraciət etməyib.

Çin hökuməti BMT-dən Liviyada münaqişədən sonra səylərə başçılıq etməsini istədiyini bildirib. Xarici İşlər naziri Yanq Tsieçi BMT-nin Baş katibi Ban Ki Munu rəhbərliyi üzərinə götürməyə və ölkədə qayda-qanunun bərpası üçün başqa qruplarla işləməyə çağırıb. Ticarət sahəsində Liviya ilə bir neçə milyard dollarlıq razılaşmaları olan Çin Liviya inqilabına müdaxilə etməmək siyasəti yeridərək, başqa ölkələrin Liviya üsyançılarını ölkənin yeni hökuməti kimi tanıma kursundan imtina edib.

XS
SM
MD
LG