Accessibility links

ABŞ və Avropa Birliyi Liviyanın yeni rəhbərlərini milli birliyə çağırır


ABŞ və Avropa Birliyi Liviyanın yeni rəhbərlərini milli birliyə çağırır
ABŞ və Avropa Birliyi Liviyanın yeni rəhbərlərini milli birliyə çağırır

ABŞ və Avropa İttifaqı Liviyanın yeni rəhbərlərini keçmiş diktator Müəmmar Qəzzafinin ölümündən sonra ölkədə demokratiyaya keçid dövründə milli birlik yaradılması və insan hüquqlarına hörmət edilməsinə çağırıb.

Birləşmiş Ştatlar prezidenti Barak Obama və Avropa Birliyinin xarici işlər naziri Ketrin Eşton Liviyanın müvəqqəti hökumətinin Qəzzavinin 42 illik idarəçiliyindən azad olduğunu elan etməsindən razılıqlarını bu gün açıqladıqları bəyanatlarda ifadə ediblər.

Cənab Obama deyib ki, Liviyanın Milli Keçid Şurası milli birlik və insan hüquqlarına hörmət prinsiplərinə hörmət edilməsinə dair öz üzərinə götürüdüyü öhdəliklərə əməl etməlidir. ABŞ prezidenti deyib ki, rəsmi Vaşinqton Liviyada ilk azad və ədalətli seçkilərə hazırlıqlar üçün Milli Keçid Şurası ilə birgə işi davam etdirəcək.

Avropa liderləri də Brüssüldə zirvə görüşü zamanı açıqlanan bəyanatda Liviyada dinc, demokratik və şəffaf keçid prosesini gözlədiklərini bildiriblər. Avropa liderləri eyni zamanda, Qəzzafidən sonrakı Liviyaya daha artıq dəstək ifadə ediblər.

XS
SM
MD
LG