Accessibility links

Liviyalılar ABŞ səfirinin ölümünü şok və kədər hissi ilə qarşılayıb


Amerikanın səsinin Liviyadakı müxbiri deyir ki, insanlar təəssüf hissini ifadə edir və üzrxahlıq bildirir


Amerikanın səsinin Liviyadakı müxbiri liviyalıların ABŞ-ın ölkədəki səfiri Kristofer Stivensin və üç Amerika diplomatının Birləşmiş Ştatların konsulluğuna çərşənbə günü hücumdan sonra ölümülə bağlı təəssüf hssi keçirdiyini bildirir.

Paytaxt Tripolidə olan Ceymi Dettmer ABŞ səfirinin Liviyada populyar fiqur olduğunu bildirir. Onun sözlərinə görə, insanlar Amerika səfirini Liviyada polkovnik Müəmmar Qəzzafinin hakimiyyətdən devrilməsi uğrunda gedən mübarizədə müxalif üsyançılarla Qərb hökumətləri arasında münasibətlərin yaradılmasında müstəsna xidmətləri olan bir elçi kimi tanıyırdı.

“İnsanlar səfirin ölümünə görə kədər keçirir. Onlar mənə və burada olan başqa amerikalılar və qərblilərə yaxınlaşıb üzrxahlıq edir və böyük təəssüf keçirdiklərini bildirirlər”-deyə Ceymi Dettmer Tripolidən xəbər verir.

Son altı aydır Liviyada çalışan Dettmer insanların Qərbin üsyançılara Qəzzafi hökumətinin devrilməsində yardımına yüksək qiymət verdyini bildirir. Lakin onun sözlərinə görə, insanların əksəriyyəti artmaqda olan Sələfi fundamentalistləri əleyhinə danışmaqdan çəkinir. Dettmer deyir ki, uzun illər avtokratiyadan sonra Liviyada demokratik sistemə keçid uzun və ağır bir proses kimi görünür.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG