Accessibility links

Tripoli aeroportu uğrunda döyüşlər gedir


İki gün davam edən atəşkəsdən sonra Tripolinuin beynəlxalq hava limanının nəzarəti uğrunda yenidən döyüşlər başlayıb və bu gün ölənlərin sayı 50 nəfər olub.

Liviyanın beynəlxalq hava limanına nəzarət uğrunda İslamçı qrup Misrat və Zintan üsyançıları arasındakı döyüşlər 2011-ci ildə diktator Müəmmar Qəzzafinin devrilməsindən bəri ən ağır döyüşlər kimi təsvir olunur.

Silahlı qruplaşmaların biri-birilərinə qarşı raketlər və müxtəlif növ silahlardan istifadə etməsi minlərlə sakini evlərini tərk etməyə məcbur edib. Sakinlərin çoxu isə döyüş zonasında ilişib qalıb.

BMT təhlükəsizlik səbəbindən öz işçilərini Liviyadan keçən həftə çıxarıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG