Accessibility links

Cənubi Afrikalı Oskar Pistorius Olimpiada tarixinə ilk əlil qaçıcı kimi düşüb.

Hər iki qıçına xüsusi protez geymiş Pistorius kişilərin 400 metrlik preliminar yarışında ikinci yerə çıxaraq yarımfinala vəsiqə qazandı.

Pistorius anadan sümüksüz baldırla doğulub. Bir yaşı çatmamış onun hər iki ayağını kəsiblər. Bundan sonra o, dizlərdən azacıq aşağı taxılmış protezlərlə gəzməyi öyrənib.

Pistoriusun olimpiadaya buraxılması elmi və hüquqi debatlarla müşayiət olunmuşdu. Bəziləri iddia edirdi ki, onun ayaqlarına taxdığı protezin karbon-lifli xassəsi Pistoriusa təbii ayaqlardan istifadə edən qaçıcılardan daha çox üstünlük verir.
XS
SM
MD
LG