Accessibility links

Qan xərçənginin bir növü olan limfoma limfositlərin anormal davranmaqla yaratdığı şişlərdir. Kimya terapiyası ilə bəzi növlərinin müalicəsi mümkün olan bu xəstəliyin aqressiv növləri də elmə məlumdur.


İndi Şimal-Şərq Universitetinin alimləri limfoma ilə yeni müalicə üsulu aşkar edib. Onlar şişləri dərmanlardan istifadə etməməklə məhv edirlər. Alimlər şişləri təbii xolesterin-HDL-ə bənzəyən nanohissəciklərlə qidalandırır. Sintetik HDL-lə qidalana bilməyən xərçəng hüceyrələri aclıqdan məhv olur.

Doktor C. Şad Takstonun ixtira etdiyi hissəciklər xolesterini imitasiya edir ki, bunlar beş nanometr qızıl maddəsi ətrafında formalaşdırılıb.


Xərçəng hüceyrələri onları tutanda onların məsaməli səthi xolesterini sorur və bu hissəciyin qızıl özəyi limfomaya xolesterinin hopmasının qarşısını alır. Qızılı nanohissəciklər limfomanın B hüceyrələrini məhv edir. B hüceyrələri xəstəliyin ən geniş yayılmış formasına səbəb olur.

XS
SM
MD
LG