Accessibility links

Yoxsul Hollivud ulduzu - Lindsi Lohan [Fotoqalereya]



Problemlər Lindsi Lohani qarabaqara izləyir.

TMZ-yə istinadən baş -bəlalı aktrisa yenə işə düşüb. Bu dəfə Federal Vergi Bürosu üçüncü dəfə onun qapısını döyüb.

Məlumatda deyilir ki, Lindsi Lohan 2011-ci ildə 56 min dollar gəlir vergisi ödəməməkdə təqsirləndirilir. Bu hadisə ardıcıl olaraq üçüncü ildir baş verir.

Federal Vergi Bürosu Lindsini 2010-cu ildə təxminən 140 min dollar vergi rüsumu ödəməməkdə ittiham etmişdi. 2009-cu ildə isə bu məbləğ 93 min dollar tşkil etmişdi.

Çarli Şinin 100 min dollarlıq köməyi ilə Lindsi 2009-cu ilin vergi rüsumunu ödəyir. Görünür, aktrisa 2010-cu, 2011-ci illərin vergi rüsumunu ödəmədiyinə görə indi başı bəladadır. Hal-hazırda onun Federal Vergi Bürosuna borcu 200 min dollardır.

Vəziyyət o yerə çatıb ki, zavallı aktrisa anasının yanına köçüb və məsrəflərinə diqqət yetirməyə başlayıb.
XS
SM
MD
LG