Accessibility links

Lindsey Lohenin kompyuteri Şanxay hava limanında oğurlanıb


Lindsey Lohenin tviter hesabında Çində, Şanxay hava limanında kompyuterinin oğurlandığını yazıb. Amma deyəsən onun tviter hesabında bu məlumatı paylaşan Lindsey özü olmayıb.

Radar online-a istinadən oğurluq haqda məlumat Lohenin özündən deyil, kompyuter oğruları tərəfindən tviterdə yayılıb.

Veb səhifə bildirib ki, oğrular dərhal aktrisanın kompyuterinə daxil olmağa müvəffəq olub və onun bank hesabından pulları oğurlamağa çalışır.

Oğurluq haqda məlumat tviterdən artıq silinib. Amma görünür cinayətkarlar oğurlanmış kompyuteri geri qaytarmaq müqabilində ciddi məbləğdə nəğd pul tələb ediblər. Qeyd edək ki, kompyuterdə riskli şəkillər də ola bilər.

Amma 27 yaşlı aktrisa kefini o qədər də pozmayıb. Belə ki, başı daim bəlalı gözəl qan qaraldan hadisələrdən uzaqlaşmaq üçün Londonda dincəlir.

Məşhur olmasını gizlətmək istəyən “Valideyin Tələsi” filminin ulduzu Londonun Mahiki gecə klubunda dəri şalvar və qara paltoda əylənib.
XS
SM
MD
LG