Accessibility links

Lindsi Lohan haqda ziddiyətli söhbətlər dolaşır. InTouch jurnalı Lindsinin öz dəst-xətti ilə yazdığı siyahını açıqlayıb. Siyahıda aktrisa münasibətdə olduğu 36 məşhur sevgilisinin adlarını açıqlayıb.

Mənbənin yazdığına görə Lindsi Lohan 2013-cü il, yanvarın 30-da Beverly Hills hotelində, rəfiqələri ilə kino sənətindəki məşhurlar haqda qeybət qırarkən bu siyahını hazırlayıb.

Rəfiqələrini heyrətləndirmək istəyən aktrisa yaxın münasibətdə olduğu məşhurların adlarını sadalayıb. Siyahını ictimailəşdirən mənbə Lindsinin bəzi məşhurları xatırlamaq üçün hətta bir qədər düşünməli olduğunu yazır.

Adı sadalanan məşhurlardan bəzilər bunlardır: Castin Timberleyk, Coakin Fineks, Zək Efron, Ceyms Franko, Ceyms Dornan, Kolin Farrell, Maks Corc, Hit Ledcer, Adam Levin, Qarrett Hedlund və Vilmer Valderrama.

Bundan başqa siyahıda 18 adda var ki, evli olduqıarına görə və ailələrində qalmaqal yarana bilməsindən ehtiyat edərək bu adları InTouch jurnalı siyahıdan pozub.
XS
SM
MD
LG