Accessibility links

Lindsi Lohanin yeni sərgüzəştləri


Lindsi Lohan haqda son günlər xəbərlərdə bir söz deyilmir və bu özü elə yaxşı xəbərdir.
Onun Lindsi adlı realiti şousu uğurlu davam edir və adama elə gəlir ki, Lindsinin bütün işləri yavaş-yavaş qaydasına düşür. Amma təəssüf ki, bu belə deyil.

Page Six veb səhifəsi yazır ki, Nyu-York şəhərində SOHO mağazasında alış-veriş edən başı bəlalı ulduz 300 dollara nə isə almaq istəyib. Və onun iki kredit kartından heş biri işləməyib.

Mənbə yazır ki, Lindsi baş verənlərdən xəcalət çəkib. Satıcıdan ona güzəşdə getməsini istədiyini görən Lindsinin rəfiqəsi irəli çıxaraq onun hesabını ödəyib.

Aktrisanın nümayəndələri bu hekayənin yalan olduğunu deyir. Amma Lindsinin əvvəlki sərgüzəştlərini nəzərə alsaq, bu dəfəki hadisə inandırıcı görünür.

Xoşbəxtlikdən hadisə yerində onlar paparazilərin kameralarına tuş gəlməyib.
XS
SM
MD
LG