Accessibility links

Lindsi Lohanın televiziyada reality şousu aktrisanın özü haqda çox şəxsi məsələləri açıqlaması ilə sona çatıb.

CNN yazır ki, Lindsinin həyatına həsr olunmuş “Lindsay” adlı sənədli filmin sonuncu seriyasında 27 yaşlı aktrisa çəkilişlər zamanı bir neçə gün layihədə iştirak edə bilməməsinin səbəbini açıqlayıb…Aktrisa uşaq saldığını və abort etdirməli olduğunu deyib.

Sənədli filmdə sujetlərdən biri də Lohenin tez-tez işə gecikməsi və ya gəlməməsinə həsr olunub.

Amma ötən bazar günü filmin sonuncu epizodunda aktirsanın işə gələ bilməməsinin səbəbini açıqlaması tamaşaçıların marağına səbəb olub.

Daily News yazır ki, Lindsi uşağın atasının kimliyini və neçə aylıq hamilə olduğunu açıqlamaqdan yayınıb.

“Lindsay” şousu aktrisanın 2013-cü ildə reabilitasiya mərkəzindən çıxdıqdan sonra karyerasını bərpa etmək üçün Nyu-Yorka səfəri zamanı başına gələn çox işləri açıqlayıb.

Şounun sonuncu epizodu ekranlara çıxanadək Lohen izləyicilərlə yanaşı reabilitasiyadan sonrakı ağır həyatını bir daha yaşamalı olub.
XS
SM
MD
LG