Accessibility links

Linkoln


Stiven Spilberqin ABŞ-ın 16-cı prezidenti barədə filmi sıradan bir film deyil. Rejissor quldarlığı ləğv etməklə hər şeyi riskə atan Abraham Linkolnun beynini təhlil edir. Spilberq bu filmi Doris Kearnsın “Rəqiblərin Komandası” kitabı əsasında çəkib. O, Abraham Linkolnu çoxlarına tanış gələn və düyünlənmiş siyasi sistemi yüksək siyasi bacarıqla idarə etdən adam kimi təqdim etməklə bu gün aktual edir.

1865-ci ilin yanvar ayı. Vətəndaş müharibəsi bitmək üzrədir. Lakin Konqres quldarlığın ləğv olunması barədə 13-cü düzəlişi qəbul etməyənədək prezident Linkoln atəşkəsi imzalamayacaq.

Linkolnun Dövlət Katibi Vilyam Süvard isə buna qarşıdır.

“Nə üçün Parlamentdə döyüşə girməklə öz parıltını ləkələyirsən? Ora siçovul yuvasıdır. Bu 10 ay qabaq düzəlişi rədd edən eyni qabiliyyətsiz avaralardır. Biz uduzacağıq”-deyə Vilyam Süvard bədii filmdə bildirir.

Linkoln indiyə qədər bu filmdə olduğu kimi real təqdim edilməyib. Bir əsr ərzində o, monumental siyasi xadim kimi təsvir olunub. D.W. Qriffinin “Millətin yaranışı” filmində o, az qala ilahi xarakterə malikdir. Con Fordun 1939-cu ildə çəkdiyi “Gənc cənab Linkoln” filmində o xalqa yaxın, amma robotik görünür. Spilberqin Linkolnu fərqlidir.

“Mən hərəkətsiz deyil, fəaliyyət göstərən prezident haqqında film çəkməyi qərara aldım.”- deyə filmin rejissoru Spilberq bildirir.

Biz filmdə prezidentin ilk növbədə köləliyə son qoyduğunu, sonra isə müharibəni dayandırdığını müşahidə edirik. 16-ci prezidentin qətlə yetirildiyi Ford Teatrı muzeyində tarixçi Erik Martin Linkolnun fikir prosesinin necə inkişaf etdiyini izah edir: “Müharibə başlayanda onun ilk və dəyişməyən hədəfi yalnız kölələri azad etmək olmayıb, həm də mütləq şəkildə birliyi qorumaq olub. Linkoln mütləq şəkildə birliyi qoruyub saxlamaq kimi hərbi məqsədə nail olmaq üçün köləlik məsələsinin həll olunmasının vacibliyini başa düşürdü.”

Film onun prezidentliyinin son dörd ayını əhatə edir. Düzəlişi qəbul etmək üçün Konqresdəki səslər uğrunda mübarizə bu gün Kapitoliya Binasındakı deyişmələrə çox bənzəyir. Nümayəndələr Palatasındakı mübahisələr acı idi.

“Bəzi adamların aşağı səviyyəli olduğuna sübut: - məndən qabaqda burada üfunət qoxan, mənəvi cəhətdən leş olan Ohayodan gəlmiş cənab durursa, mən bütün insanların bərabərhüquqlu yarandığına necə inana bilərəm?!”- deyə filmdə Konqresmen Taddeus Stivens rolunu oynayan aktyor Tommi Lee Cons bildirir.

Film Linkolnun həyat yoldaşı və uşaqları ilə münasibətini, inamlarını davamlı olaraq düşünüb-daşınmasını əks etdirir. 16 prezidenti canlandıran Daniel Dey Luis ortaya Oskar mükafatına layiq tamaşa qoyur. O prezidentlə yalnız fövqəladə bənzərlik daşımır, həm də filmdəki xarakteri yaşayır.
XS
SM
MD
LG