Accessibility links

Linkoln Makkardi 252 saylı qətnamənin səsə çıxarılmamasında türk əsilli amerikalılar və türk dərnəklərinin rolunu yüksək qiymətləndirib


Linkoln Makkardi 252 saylı qətnamənin səsə çıxarılmamasında türk əsilli amerikalılar və türk dərnəklərinin rolunu yüksək qiymətləndirib
Linkoln Makkardi 252 saylı qətnamənin səsə çıxarılmamasında türk əsilli amerikalılar və türk dərnəklərinin rolunu yüksək qiymətləndirib

Ermənilərin soyqırım iddiasına dair qətnamənin ABŞ-ın Nümayəndələr Palatasında təsdiq edilməməsi Türkiyənin Amerikadakı səfirliyi, türk lobbisi və Türk-Amerika dərnəklərinin qızğın fəaliyyətinin nəticəsi kimi qiymtələndirilir. Amerikanın 111-ci konqresinin yaşadığı son günlər Nümayəndələr Palatasının spikeri Nensi Pelosi qətnamənin səsə çıxarılmasına yol verməyib. Pelosinin lazımi dəstək əldə edə bilmədiyi deyilsə də, müxalifətin rolu da az olmayıb. Amerika-Türkiyə Koalisiyasının rəhbəri Linkoln Makkardi 252 saylı qətnamənin səsə çıxarılmamasında türk əsilli amerikalılar və türk dərnəklərinin rolunu yüksək qiymətləndirib. O, türk dərnəklərinin heç vaxt olmadığı qədər koordinasiyalı şəkildə fəaliyyət göstərdiyini vurğulayıb.

“Düşünürəm ki, bu, türk qruplarının bir komanda şəklində birlikdə çalışmasının ilk nümunəsi idi. Burada Türk-Amerika dərnəkləri Assambleyası, Türk-Amerika dərnəkləri Federasiyası, Türk-Amerika İttifaqı, Türk-Amerika Şurasını nəzərdə tuturam.”

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və Xarici Əlaqələr Komissiyasının sədri Hovard Berman erməni lobbisi tərəfindən dəstəklənən siyasətçilərdir. Noyabr ayında keçirilən seçkilərdə demokratların Nümayəndələr Palatasında əksəriyyəti itirməsi ilə Nensi Pelosi spikerlik vəzifəsini Hovard Bermana təhvil verməyə məcbur olub. Erməni lobbisinin son 4 ildə qətnamənin təsdiqi baxımından fürsəti qaçırdığı deyilir.

Amerikanın səsinin suallarını cavablandırarkən Makkadi deyib ki, soyqırım iddiasına dair qətnamə təsdiq edilsə, bu, erməni əsilli amerikalıların Tükiyə əleyhinə qaldırdıqları məhkəmə işlərinin gerçəkləşməsində yararlı ola bilər. Bəli, qətnamənin icrası məcburu olmasa da, bu, Amerika hökumətinin soyqırımla razılaşdığı demək olacaq. Bu isə türklərə qarşı ədalətsizlikdir.”

Erməni soyqırımına dair iddiaları ilə bağlı qətnamənin təsdiqi vaxtaşırı gündəmə çıxarılır. Bu dəfə səsvermə baş tutmadı. Ancaq Amerika-Türkiyə Koalisiyasının rəhbəri Linkoln Makkardi yeni bir qanun layihəsinin yanvar ayında yenidən gündəmə çıxarılcağını bildirir.

XS
SM
MD
LG