Accessibility links

Prezident Linkolnun vurulmasının 150-ci ildönümü anılır


Vaşinqtonda yerləşən ikonik Ford teatrı bu tarixi ildönümü qeyd edir

1865-ci ilin aprelin 14-də prezident Abraham Linkolna sui-qəsd edildi. 150 il sonra o, Amerikanın ən böyük və ən çox sevilən liderlərindən biri olaraq qalır. Onun irsi amerikalı prezidentləri və dünya liderlərini ilhamlandırmağa davam edir. Vaşinqtonda yerləşən ikonik teatr bu tarixi ildönümü qeyd edir.

150 il bundan əvvəl prezident Abraham Linkoln xanımı Meri ilə Vaşinqtonda Ford teatrında tamaşaya baxarkən güllələndi. Onun qatili Con Uilkes Bus qaçdı, cənab Linkoln isə teatrın qarşısında bir evə gətirildi və növbəti səhər həmin evdə vəfat etdi.

O, Birləşmiş Ştatların demokratik potensialını yerinə yetirməsini istəyirdi ki, Amerika İstiqlal bəyannaməsinin “hər bir insan bərabər yaradılıb” cümləsinə hörmət bəsləyən bir yerə çevrilsin

O, 620 min insanın ölümünə səbəb olan uzun və qanlı vətəndaş müharibəsindən çıxmış millətə başçılıq etdiyi dövrdə qətlə yetirildi.

Konqres kitabxanasının tarixçisi Mişel Kroul Linkolnun prezidentliyinin ən böyük nailiyyətilərindən birinin İttifaqı qoruyub saxlamaq olduğunu deyir.

“Daha kiçik, daha az qətiyyətli, siyasi baxımdan daha az kəskin bir insan olsa idi, hər şey daha fərqli olardı. Amma o, Birləşmiş Ştatları qurucu ataların başlatdığı və özünün də müdafiə etdiyi demokratiyanın sınağı kimi görürdü. Və o, bu sınağın uğursuzluğa uğramağını istəmirdi.

Prezident Linkoln Birləşmiş Ştatlarda quldarlığa son qoymağa nail oldu. 1863-cü ilin yanvarın 1-də nəşr olunan Azadlıq Bəyannaməsi afro-amerikalıların hürriyətə yolunu açdı.

Həmin il, İttifaq əsgərlərinin Konfederasiya qüvvələrini Vətəndaş Müharibəsində məğlub etdiyindən dörd ay sonra cənab Linkoln tarixi Gettysburg çıxışını etdi.

Abraham Linkoln

Abraham Linkoln

“Gettysburg çıxışında onun “hökümət insanlarındır, insanlar tərəfindən idarə olunur və insanlara xidmət etməlidir” dediyini oxuyanda onun bu sözlərə həqiqətəndə inandığını anlayırsan. Lincoln insanların hüquqlarını genişləndirmək istəyirdi. O, Birləşmiş Ştatların demokratik potensialını yerinə yetirməsini istəyirdi ki, Amerika İstiqlal bəyannaməsinin “hər bir insan bərabər yaradılıb” cümləsinə hörmət bəsləyən bir yerə çevrilsin".

Prezident Linkolnun qətlinin 150-ci ildönümünü qeyd etmək məqsədilə ölkə boyu bütün muzey və tarixi müəssisələr xüsusi sərgilər və tamaşalar sərgiləyir.

Ən əsası isə Ford Teatrındadır.

Burada, faciəvi hadisənən bəri ilk dəfə bütün əşyalar bir yerdə sərgilənir. Onların sırasına Con Uilkes Busun prezidenti vurduğu balaca tək-gülləli tapança daxildir.

“Bunun əhəmiyyəti ondadır ki, bu hadisə tarixin gedişatını dəyişdi, kiçik bir anda ən böyük prezidentlərdən biri öldürüldü.”

Sərgilərin kuratoru Treysi Avant deyir ki, cənab Linkolnun şəxsi əşyaları da sərgilənir, hətta onun məşhur silindir şapkası.

Bunun əhəmiyyəti ondadır ki, bu hadisə tarixin gedişatını dəyişdi, kiçik bir anda ən böyük prezidentlərdən biri öldürüldü

“Bu çox gözəl ikonik bir parçadır. Hər kəs Abraham Linkolnu silindr şapkası ilə təsəvvür edir. Amma mənim ən çox sevdiyim onun 1862-ci ildə qarın yatalağından vəfat edən oğlunu yad etmək üçün şapkanın üzərinə taxdığı gözəl lentdir. Bu lent onun bu itki ilə bağlı dərin hisslərinin nişanəsidir”.

Ziyarətçilərin sevdiyi digər əşya isə prezident Linkolnun eynəkləridir.

“Eynəyin bir qolu sınmışdı, Linkoln isə onu ip parçası ilə bağlamışdı. Məncə, bu, Linkolnu humanistləşdirir”.

Linkolnun həyatı qısa olsa da, onun ABŞ-ın ən böyük prezidentlərindən biri olaraq irsi davam etdirilir.

Digər Amerika prezidentləri ilə müqayisədə onun haqqında daha çox kitab yazılıb. Onun üzü ABŞ valyutasında təsvir olunur. Milyonlarla insan Vaşinqtonda onun abidəsini ziyarət edir.

Amerikalılar 16-cı prezidentlərinin ölümünün ildönümünü qeyd edirlər və çoxu Linkoln və ondan öncəki prezidentlərin – hər kəsin bərabər hüquqa malik olduğu dövlət - arzusunun bir gün gerçəkləşəcəyinə inanır.

XS
SM
MD
LG