Accessibility links

Linkolnun güllələnməsindən sonrakı anı təsvir edən rəsm əsəri [Video]


Yenicə bərpa edilmiş rəsm əsərində 1865-ci ildə prezident Abraham Linkolnun sui-qəsdindən sonrakı dəqiqələr təsvir olunub. Rəsm əsəri Amerikanın 16-cı prezidentinin öldürüldüyü Vaşinqtonda yerləşən Ford Teatrında sərgilənir. Bu, həmin qorxunc gecənin şahidi olan insan tərəfindən çəkilən yeganə rəsm əsəridir.

Petersen pansionatına bitişik evdə bir rəssam yaşayırdı. Həmin gecə o, eyvanında Vətəndaş Müharibəsinin bitməsi münasibətilə keçirilən paradın rəsmini çəkirdi və prezidentin yaralı bir şəkildə küçəyə çıxarıldığını görəndə, bunun tarixi bir an olduğunu anlamış, bu anı rəsmində canlandırmışdı.

Prezident Abraham Linkoln xanımı Meri ilə Vaşinqtondakı Ford Teatrında tamaşa izləyərkən güllələnmişdi.

Onun qatili Con Uilkes Bus qaçmış, yaralı prezident isə teatrın qarşısında yerləşən Petersen pansionatına aparılmış, ertəsi gün səhər orada keçinmişdi.

İndi ABŞ Milli Park Xidmətinə məxsus olan bu rəsm əsəri o gecə yaşanan qarışıqlığı təsvir edir.

"Petersen pansionatına bitişik evdə bir rəssam yaşayırdı. Həmin gecə o, eyvanında Vətəndaş Müharibəsinin bitməsi münasibətilə keçirilən paradın rəsmini çəkirdi və prezidentin yaralı bir şəkildə küçəyə çıxarıldığını görəndə, bunun tarixi bir an olduğunu anlamış, bu anı rəsmində canlandırmışdı."

“Sevən əllərlə doğulan Linkoln” adlı bu əsər alman rəssam Karl Berş tərəfindən çəkilib.

Bundan öncə bir neçə dəfə bərpa olunsa da, bu dəfə əsərin artıq ciddi bir bərpaya ehtiyacı var idi.

Bu səbəbdən də Park Xidməti konservator Deyvid Olindən rəsm əsərini bərpa etməsini istəyib.

Abraham Linkoln

Abraham Linkoln

“30 ildən çoxdur bu işlə məşğul oluram, amma indiyədək Linkolnun güllələnməsindən sonra Ford Teatrının önündə baş verənləri təsvir edən başqa bir rəsm əsəri görməmişəm. Mənim üçün bu bənzərsiz bir əsərdir.”

Olin və komandası əsərin restovrasiyasına altı ay sərf edib.

“İlk mərhələ təmizləməkdir, köhnə layları çıxarmaq. İkincisi strukturun bərpasıdır... yeyilən hissələr yeni yuyula bilinən rənglər və piqmetlərlə doldurulur.”

30 ildən çoxdur bu işlə məşğul oluram, amma indiyədək Linkolnun güllələnməsindən sonra Ford Teatrının önündə baş verənləri təsvir edən başqa bir rəsm əsəri görməmişəm. Mənim üçün bu bənzərsiz bir əsərdir.

Tamara Luzeki də əsərin üzərində işləyib.

“Biz rəsmə son 100 ildən çoxdur kölgə salan, qarışıq edən hər şeyi təmizlədik. İndi artıq insanlar əsərin orijinal versiyasının necə olduğunu görə bilər.”

Bu tarixi bir an idi. İlk dəfə bir prezident öldürülmüşdü.

Linkolnun qətli çox kədərli hadisə idi və bu rəsmi çəkən rəssamın da kədəri hiss etdiyi görünür.

Əsər Ford Teatrının muzeyində prezident Linkolnun güllələndiyi yerin yaxınlığında sərgilənir.

Rəsm əsəri Amerika tarixindəki ən qaraqlıq anlardan birinin acı xatirəsidir.

XS
SM
MD
LG