Accessibility links

Litvada parlament seçkilərində müxalifət irəli çıxıb


Baş nazirin Vətən Birliyi səslərin 17 faizi ilə üçüncü yerdədir


Litvada bazar günü seçkilərində sol cinah Əmək partiyası müxalifət irəli çıxıb.

Exit pollar müxalifətçi Əmək partiyasının səslərin 20 faizini, onun koalisiyada tərəfdaşı olacağı gözlənilən mərkəz solçu Sosial Demokrat partiyasının isə sslərin cəmi 18 faizini aldığını göstərir.

Bu arada, baş nazir Andrius Kubiliusun başçılıq etdiyi mühafizəkar “Vətən Briliyi” səslərin 17 faizini alaraq üçüncü, onun koalisiyada tərəfdaşı Liberal Hərəkat partiyası isə 8 faizi ilə dördüncü yerə çıxıb.

Litvanın mühafizəkar hökuməti yüksək işsizlik səviyyəsi və ictimaiyyət arasında qeyri-populyar ciddi iqtisadi tədbirlərə görə böyük dəstəyə malik deyildi.

Litvalılar ölkədə yeni nüvə elektrik stansiyasının inşası məsələsində də referendumda səs verirdi.

Təhlilçilər nüvə əleyhinə kampaniyanın da uğurlu olacağını əvvəlcədən bildirirdi.
XS
SM
MD
LG