Accessibility links

Litva xarici işlər naziri: Rusiyaya qarşı sanksiyalar qüvvədə qalmalıdır [Təhlil]


Avropa İttifaqının Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bölgədə vəziyyət yaxşılaşmayana qədər qüvvədə qalmalıdır. Bu açıqlamanı Litvanın xarici işlər naziri Avropa İttifaqının rotsiya üzrə prezidentliyini icra edən Slovakiya prezidentinin sanksiyaların aradan qaldırılması çağırışlarına cavab olaraq verib.

Avropa İttifaqı Rusiyanın Ukraynanın Krım yarımadasını 2014-cü ilin mart ayında ilhaq etməsindən sonra Moskvaya qarşı enerji, maliyyə və müdafiə sahələrində sanksiyalar tətbiq edib və iyun ayında sanksiyaların müddətinin yanvar ayının sonuna qədər uzadılması haqda qərar verib.

Slovakiyanın baş naziri Robert Fiko Rusiya prezidenti Vladimir Putinlə Moskvada görüşdükdən sonra Avropa İttifaqını sanksiyalara son qoymağa çağırıb. O, Rusiya və Avropa İttifaqının sanksiyalardan zərər gördüyünü və təsiri olmadığınıdeyib.

“Mənim bu fikirə reaksiyam budur ki, əgər biz heç bir şey əldə etməmişiksə, o zaman sanksiyaları artırmaq lazımdır,” deyə Litvanın xarici işlər naziri Linas Linkeviçius Reuters xəbər agentliyinə bildirib.

O deyib ki, Ukraynanın şərqində vəziyyətin hələ sakitləşmədiyi, müşahidəçilərin münaqişə zonsasına daxil olması imkanının məhdudlaşdırıldığı və Rusiya tərəfindən hərbi müdaxilənin hələ də davam etdirildiyi halda sanksiyalara son qoymaq təklifi qeyri-professional çağırışdır.

Qərb dövlətləri və Kiyev hökuməti bildirir ki, Rusiya Ukraynanın şərqində separatçı qüvvələri silahlandırıb dəstəkləyir. Münaqişədə 2014-cü ildən bəri 9 mindən çox insan həyatını itirib.

“Biz bilirik ki, Ukrayna ərazisində Rusiya Federasiyasının hərbi texnikası və personalı mövcuddur və mən sərhəddə yerləşən qüvvələri nəzərdə tutmuram,” deyə Linkeviçius bildirib.

Macarıstan Aİ-nın sanksiyaları məsələsində Slovakiya ilə eyni mövqedədir. Rusiyanı dəstəkləyən Çexiya prezidenti Milos Zeman isə dəfələrlə sanksiyalara son qoymağa çağırıb.

Almaniya kansleri Angela Merkel avqustun 19-u deyib ki, Rusiya 2015-ci il fevral ayında əldə olunmuş Minsk razılığına görə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi bir vaxt sanksiyaların aradan qaldırılması üçün heç bir əsas yoxdur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG