Accessibility links

Litvada prezident seçkisinin ikinci turunda “dəmir ledi” irəlidədir


LLitvada prezident seçkisinin ikinci turu keçirilir. “Dəmir ledi” adı ilə tanınan hazırkı prezident Dalya Qribauskaytenin əsas rəqidi mərkəz-solçu sosial-demokratların nümayəndəsi Ziqmantas Balçitisdir.

Prezident Qribauskayte iki həftə əvvəl seçkinin birinci turunda üstünlük qazansa da, tam qələbə üçün lazım olan əksəriyyət əldə edə bilməmişdi.

Litvanın Mərkəzi Seçki Komissiyasıın verdiyi məlumata görə, Avropa İttifaqının büdcə məsələləri üzrə keçmiş komissiyarı olan xanım Qribauskaytenin səslərin 45 faizini qazanıb.

58 yaşlı Dalya Qribauskayte karate üzrə “Qara kəmər” sahibidir. Seçki kampaniyası zamanı o, Rusiyanın təcavüzü ilə qorxudula bilməcəyini bildirərək, “ölkınin milli təhlükəsizliyini müdafiə etmək üçün lazım olsa, özüm əlimə silah götürərəm” deyib.
XS
SM
MD
LG