Accessibility links

Litvanın müdafiə naziri Azərbaycanda səfərdədir


Azərbaycan və Litva müdafiə nazirlərinin görüşü

Azərbaycan və Litva müdafiə nazirlərinin görüşü

Litvanın müdafiə naziri Yuozas Olekas Azərbaycanda səfərdədir.

Y.Olekas səfəri çərçivəsində prezident İlham Əliyev və müdafiə naziri Zakir Həsənovla danışılar aparıb.

Dövlət başçısının rəsmi saytı bildirir ki, görüş zamanı siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli münsibətlər müzakirə olunub.Əməkdaşlığın möhkəmləndirilməsində iki ölkənin müdafiə nazirliklərinin rolu qeyd edilib.

Oktyabrın 8-də Azərbaycan Müdafiə Nazirliyində iki ölkənin müdafiə nazirləri arasında danışıqlar davam edib.

Zakir Həsənov və Yozas Olekas regional məsələləri, NATO çərçivəsində əməkdaşlığı, Qarabağ münaqişəsi ilə bağlı durumu müzakirə ediblər.

Səfər oktyabrın 10-dək davam edəcək.

XS
SM
MD
LG