Accessibility links

Litvanın "qara kəmər"li qadın prezidenti seçkilərdə yenidən qalib gələ bilər


Litvalılar bu gün ölkədə keçirilən president seçkilərində yeni liderlərini müəyyən etməyə çalışır.

Hazırki prezident Daliya Qrubauskaytenin yenidən president seçilməsi ehtimal olunur. Ancaq onun ikinci raund seçkilərə qalmamaq üçün yetərsayı toplayacağına şübhələr var. Belə olacağı təqdirdə ikinci raund seçkilər bu ayın sonunda keçiriləcək.

Litvada seçkilər Rusiyanın Krımı ilhaqı və Ukraynada vəziyyətin gərgin olduğu bir vaxta təsadüf edir.

Litva Soyuq Müharibə dövrü Rusiyanın nəzarəti altında olub. Prezident Qrubauskayte Ukraynada son hadisələr başlayandan bəri NATO qüvvələrinin ölkədə mövcudluğunu yüksək qiymətləndirdiyini bəyan edir.

58 yaşlı prezident jurnalistlərə deyib ki, Avropa Rusiyanın müharibədən sonraki xəritəni və sərhədləri yenidən cızmağa çalışdığını anlamalıdır.

Avropa Birliyinin sabiq komissarı, karate idman növündə qara kəmər olan qadın prezident seçki kampaniyası zamanı söz verib ki, o, Rusiyanın təcavüzü zamanı geri çəkilməyəcək və milli təhlükəsizlik uğrunda özü silah götürərək ölkənin müdafiəsinə qalxacaq.
XS
SM
MD
LG