Accessibility links

Livan baş naziri səhvə yol verdiyini deyir


Livan baş naziri səhvə yol verdiyini deyir

Livan baş naziri səhvə yol verdiyini deyir

Livanın baş naziri Saad Əl Həriri deyir ki, o atasının qətlində Suriyanı ittiham etməkdə səhv edib. Londonda qərargahlanan ərəb dilli Əşərq Əl Əvsət baş nazirə istinadən yazıb ki, ittihamlar siyasi motivə əsaslanıb. Onun atası, Livanın sabiq baş naziri mərhum Rafiq Həriri, 2005- ci ildə Beyrutda güclü bomba partlayışı nəticəsində həlak olub. Bu bomba partlayışından sonra Suriya hərbi qüvvələri Livandakı 30 illik mövcudiyyətinə son qoydu. BMT-nin təhqiqatına əsasən cənab Həririnin qətlində Suriyanın rolu olub. Suriya isə bu ittihamı rədd edir. Saad Həriri Suriya ilə pozulan münasibətləri bərpa etmək məqsədilə bu son illərdə Dəməşqə dəfələrlə səfər edib.

XS
SM
MD
LG