Accessibility links

Livan polisi bomba hücumundan sonra Beyrut həbsxanasında reyd keçirib


Rumie həbsxanasındakı bəzi məhbuslarla bomba hücumunu həyata keçirən militantlar arasında əlaqə olduğu bildirilir

Livan polisi Tripolidə baş verən bomba hücumu ilə əlaqəsi olduğu bildirilən məhbuslara qarşı əməliyyatın bir hissəsi olaraq həbsxanada reyd keçirib.

Polislər Beyrutdakı Rumie həbsxanasında bir qrup məhbusu saxlanma obyektinin başqa tərəfinə keçirdiyi zaman həbsaxana üzərində helikopterlər uçub.

Bir sıra məhbus etiraz əlaməti olaraq döşəkləri yandırıb.

Daxili İşlər Naziri Nohad Maşnukun bildirdiyinə görə, rəsmilər məhbuslar və militantlar arasında olan telefon danışıqlarını ələ keçirib.

Hücum zamanı iki intiharçı Tripolinin ələvilərin çoxluq təşkil etdiyi Cəbəl Mohsen məhəlləsindəki kafedə bomba partladıb. Partlayış zamanı azı 9 nəfər ölüb, 37 nəfər isə yaralanıb.

Hücuma görə məsuliyyəti Əl-Qaidə ilə əlaqəsi olan Nusra Cəbhəsi qrupu öz üzərinə götürüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG