Accessibility links

Əl-Qaidə ilə əlaqəsi olan cihadçıların Livanda baza yaradacaqları təhlükəsi beynəlxalq ictimaiyyəti narahat edir. Diplomatları onların onsuz da artmaqda olan və Suriya münaqişəsindən qaynaqlanan təriqətlərarası münaqişələrin yayılacağı qorxudur.

Lİvanın bir neçə bölgəsi var ki, cihadçılar orada sərbəst fəaliyyət göstərə bilir. Ölkənin şimalında yerləşən Tripolidən fərqli olaraq, digər bölgələr 400 min fələstin qaçğınının sığınacaq yeridir.

Təqaüddə olan general Hişam Cabirin dediyinə görə, Livanda cihadçıların sayı durmadan artır. Onlara Əl-Qaidə ilə əlaqəsi olan Cəbhət Əl-Nusra qrupunun döyüşçüləri də daxildir. “Fətah Əl-İslam, Candul Şam kimi fələstinlilərin qaçqın düşərgələrində yatan bir çox qruplaşmalar var. Onların nə zaman oyanacağı bəlli deyil. Burada minlərlə ekstremist döyüşçü var.”

Xarici cihadçıların Sidondakı (Səidə) döyüşlərdə iştirak etdiyinə dair dəllillər mövcuddur. Ötən həftə sünni ruhani Şeyx Əhməd Əl-Assirin tərəfdarlarının ordunun postlarına hücumu nəticəsində 18-i əsgər olmaqla, 46 adam öldürülmüşdü.

Nasirçilər Xalq Cəbhəsinin rəhbəri Üsama Səadın bildirdiyinə görə, xarici döyüşçülər Əl-Assirin yaraqlılarına dəstək verib. “Bəzi döyüşçülər Livan ordusu əleyhinə olan qruplaşmalarla əlbirdir. Onlar öz silahlı dəstələrini Səidənin bəzi bölgələrinə yerləşdirib.”

Ordunun bildirdiyinə görə, həlak olanlar arasında Suriya və Yəmən cihadçıları da var.

Cihadçılar fəslətinlilərin qaçqın düşərgələrində artıq 20 ildir ki, mövcuddur. Livanda son zamanlar Sələfi cihadçılarının sayı artmaqdadır. ABŞ-ın İraqı işğalından sonra onlar İraqda hücumlar həyata keçirməyə, Əl-Qaidə ilə əlaqələrini möhkəmləndirməyə başlayıb.

İndi həmin əlaqələr təsirini göstərməkdədir. Qonşu Suriyada münaqişə, sünni-şiə gərginlikləri cihadçıların rolunun əhəmiyyətini artırıb.

Livan ordusunun isə bu problemlə mübarizə imkanları narahatlıqlar doğurur.

Sidonda yol verilən qarşıdurma Livandakı vəziyyətin həssaslığını, Əl-Qaidənin yola çıxdığını bir daha nümayiş etdirir.
XS
SM
MD
LG