Accessibility links

Livanın məhv olmuş dəmiryolu sistemi [Video]


Livanın məhv olmuş dəmiryolu sistemi
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Livanın məhv olmuş dəmiryolu sistemi

Yaxın Şərqdə əvvəllər mühüm kütləvi nəqliyyat qovşağına malik olan Livanın bir zamanlar inkişaf etmiş dəmiryolu sistemi indi dağılıb. Lakin bəzi fəallar tıxacları azaltmaq və hətta ölkədəki vətəndaş müharibəsinin yaratdığı qruplaşmaları aradan qaldırmaq üçün Livandakı dəmiryollarının bərpa olunmasına çağırır.

Müharibə bitəndən sonra nəqliyyat şəbəkəsinin məhv olması ölkəni iflic vəziyyətinə salıb.
Elias Maluf

Rayak dəmiryolu vağzalı – ötən əsrdən qalmış baxımsız əmanət.

Bu vağzal 1891-ci ildə bir zamanlar üç qitəni əhatə edən nəqliyyat şəbəkəsinin mərkəzində inşa edilib.

İndi isə, Livanın dağılmış dəmiryolu sistemi kimi, bu vağzal başlı-başına buraxılıb.

Tıxaclar və basırıq artdığı üçün hökümət buna bir çarə tapmaq istəyir və bu vağzalın bərpasını nəzərdən keçirir.

Elias Maluf “Qatar Qatar” adlı qeyri-hökümət təşkilatına başçılıq edir. O deyir ki, ölkədə 15 il davam edən və 1990-cı ildə bitən vətəndaş müharibəsi nəticəsində məhv olan dəmiryolu şəbəkəsi bərpa oluna və ölkənin inkişafına təkan verə bilər.

Zibil torbaları. Beyrut, Livan
Zibil torbaları. Beyrut, Livan

"Müharibə bitəndən sonra nəqliyyat şəbəkəsinin məhv olması ölkəni iflic vəziyyətinə salıb. Hazırda da biz iflic olmuş ölkədəyik və elə 30-40 ildir ki, iflic olmuş ölkədə yaşayarıq.”

Məsələ ilə bağlı tezliklə araşdırma başlayacaq. Amma elə bundan əvvəl də bir sıra araşdırmalar olub.

Buna baxmayaraq, Elias inanır ki, ötən il ölkədəki zibil tullantıları böhranına qarşı edilən etirazlar vətəndaş cəmiyyətini canlandırıb və indi onlar Livanın nəqliyyat probleminin həllini tələb edəcək.

“Onlar vətəndaş cəmiyyətinin enerjisini hiss edə billir, hökümət bunu hiss edir. Onlar nələrinsə baş verdiyni anlayır.”

Livan Dəmiryolu İdarəsinin rəisi deyir ki, Suriya müharibəsinin təsirləri daxil olmaqla hökümətə qarşı olunan təzyiq onu göstərir ki, artıq xaricdən yardım istəməyin vaxtı gəlib.

Donor təşkilatlar tərəfindən Livana yardım edilməlidir, çünki Livanın üstündə çox ağır yük var.

“Donor təşkilatlar tərəfindən Livana yardım edilməlidir, çünki Livanın üstündə çox ağır yük var.”

Tripolidə isə bir şəhər sakini dəmiryolunun bərpasının məqsədinin təkcə tıxacları aradan qaldırmaq olmadığını deyir.

“Beləcə, bütün icmalardan insanların bir-biri ilə əlaqə yaratması asanlaşacaq. Bütün dinlərə, məzhəblərə, cəmiyyətin bütün səviyyələrinə mənsub olan insanlar yenidən bir araya gələcək.”

Bir sözlə, Livan kimi bölünmüş bir ölkədə bu cür körpülərin inşa edilməsinin tıxacları aradan qaldırmaqdan daha ciddi təsirləri ola bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG