Accessibility links

Livan paytaxtının əsasən şiələrin məskunlaşdığı məhəlləsində partlayış nəticəsində dörd nəfər həlak olub.

Partlayış Hizbullah yaraqlı qrupunun istehkamında baş verib. Bu ayın əvvəllərində Beyrut şəhərinin cənubundakı eyni ərazidə avtomobilə yerləşdirilmiş bombanın partlaması beş nəfərin ölümünə səbəb olmuşdu.

Hizbullah döyüşçüləri qonşu Suriyada prezident Bəşər Əl-Əsədi devirmək istəyən üsyançılara qarşı mübarizə aparırlar.

Livanda şiə və sünni icmalar arasında gərginlik gedərək artır. Beyrutda ardıcıl hücumlar da daxil olmaqla ölkə boyu atışmalar və bomba hücumları vüsət alıb.
XS
SM
MD
LG