Accessibility links

Livanda partlayışları Əl-Qaidaya bağlı qrup törədib


Əl-Qaida ilə əlaqəsi olan sünnü qrupu bildirib ki, çərşənbə günü Livanın paytaxtında iki bomba hücumu həyata keçirib. Partlayış üç nəfərin ölümünə, onlarla insanın yaralanmasına səbəb olub.

Abdulla Əzzam qrupu tvitter hesabında məsuliyyəti öz üzərinə götürdüyünə dair məlumat yayıb. O, Beyrutda yerləşən İran mədəniyyət mərkəzinin hədəf alındığını deyib.

Qrup daha əvvəl Beyrutda İran səfirliyi yaxınlığında 23 nəfərin ölümü ilə nəticələnən iki partlayışın məsuliyyətini də üzərlərinə götürmüşdü.

Çərşənbə günü baş verən partlayış şiə militan qrupu Hizbullahın Kuveyt səfirliyi yaxınlığındakı istinadgahında baş verib.

Bu ayın əvvəllərində Livan şəhərində ölümcül bomba hücumu daxil olmaqla, yanvar ayında Hizbullahın nəzarətində olan mərkəzdə iki partlayış baş verib.

Hizbullah döyüşçüləri Suriyada Bəşər Əl-Əsəd höküməti tərəfində döyüşlərə qatıldıqdan sonra Livanda zorakılıqlar baş qaldırıb.
XS
SM
MD
LG