Accessibility links

Livanla sərhəd bölgədə bir İsrail əsgəri öldürülüb


İsrail hərbiçiləri Livanla sərhəd bölgədə atışma zamanı bir əsgərinin öldüyü xəbərini verib.

Ordu rəsmiləri əsgərin Livan Ordu Qüvvələrinin snayperinin Roş Hanikra sərhəd-keçid məntəqəsində İsrailə məxsus avtomobilə atəş açması nəticəsində öldüyünü deyib.

Atışmaya nəyin səbəb olduğu məlum olmayıb. Lakin hadisə İsrail tərəfin cavab verməsi ilə nəticələnə bilər.

BMT-nin Livandakı sülhməramlı qüvvələri hadisədən xəbərdar olduqlarını və insidentlə bağlı araşdırma apardıqlarını deyib.
XS
SM
MD
LG