Accessibility links

Yüzlərlə Livan vətəndaşı və Suriya qaçqını üçüncü gündür davam edən döyüşlər səbəbi ilə Livanın sərhəd şəhərini tərk edib.

Suriya yaraqlıları üç il bundan əvvəl başlamış vətəndaş müharibəsindən bəri sərhəd bölgəsində ən şiddətli zorakılıqlarla müşayət olunan reydlər zamanı 10 livanlı əsgəri öldürüb. 13 əsgərin itkin düşdüyü deyilir.

Arsal kəndində döyüşlər həftə sonu Livan rəsmiləri suriyalı İmad Əhməd Comaanı həbs etdikdən sonra başlayıb. Onun Suriyada Əl-Qaidə ilə əlaqəsi olan Əl-Nusra Cəbhəsinin üzvü olduğu deyilir. Bu qrup Suriya prezidenti Bəşar Əl-Əsədi hakimiyyətdən devirmək üçün mübarizə aparan ən güclü qruplardan biridir.

Livan rəsmiləri deyib ki, Suriya yaraqlıları Livan təhlükəsizlik qüvvələrinin təxminən 12 üzvünü həbs edib.

Livan ordusu vəziyyətin ciddiliyi barədə xəbərdarlıq edib və Suriya münaqişəsinin qonşu ölkələrə yayılmasının qarşısını almağa çağırıb.

XS
SM
MD
LG