Accessibility links

Livanda yeni hökumət üzrə danışıqlar bir həftə təxirə salınıb


Livanda yeni hökumət üzrə danışıqlar bir həftə təxirə salınıb

Livanda yeni hökumət üzrə danışıqlar bir həftə təxirə salınıb

Livan prezidenti Mişel Süleyman yeni hökumətin təsis edilməsi üçün danışıqları bir həftə təxirə salıb. Yubanma Hezbulla təşkilatının baş naziri Saad Həririnini müvəqqəti hökumətin rəhbəri kimi tanımaqdan imtina etməsindən sonra baş verib. Həsən Nəsrallah deyib ki, Hezbullahın rəhbərlik etdiyi müxalifət "yekdilliklə" cənab Hərininin nominasiyasını dəstəkləməməyə səs verib. Telelviziya ilə xalqa müraciət edən Nəsrallah müxalifətin dəstəklədiyi namizədin adını açılqlamayıb. Şiə lideri cənab Həririni Livanın iki iri siyasi koalisiyası arasında razılığa xilaf çıxmaqda ittiham edib. Həmin razılığa əsasən deyilənə görə cənab Həriri atası Rafiq Həririnin 2005-ci ildə qətlə yetirilməsi ilə bağlı BMT təhqiqatının nəticələrini rədd etməli idi. BMT Tirbunalının ittihamnaməsində Hezbulla üzvlərinin də adları hallana bilər.

XS
SM
MD
LG