Accessibility links

Livanın müvəqqəti baş naziri İranı ölkəsinin daxili işlərinə müdaxilə etməkdə günahlandırıb


Livanın müvəqqəti baş naziri İranı ölkəsinin daxili işlərinə müdaxilə etməkdə günahlandırıb
Livanın müvəqqəti baş naziri İranı ölkəsinin daxili işlərinə müdaxilə etməkdə günahlandırıb

Livanın müvəqqəti baş naziri Səad Həriri İranı ölkəsinin daxili işlərinə müdaxilə və bəzi körfəz ölkələrini İranı müdafiə etməkdə günahlandırıb. Cənab Həriri deyib ki, Bəhreyn və bir necə digər ölkə İranın müdaxiləsindən əziyyət çəkir. Səad Həriri bu ittihamları bu gün Beyrutda biznes liderləri ilə görüşü zamanı irəli sürüb. Yanvar ayında Livanın İrana arxalanan Hizbullah qrupu və onun müttəfiqləri koaliasiya hökumətindən istefa vermiş, bu isə hökumətin dağılmasına yol açmışdı. Bunun ardınca qanunvericilər Nəcib Mikatinin baş nazir vəzifəsinə təyin edilməsi ilə bağlı səsvermə keçirmişdi. Mikati yeni hökuməti təşkil edənədək Həriri müvəqqəti olaraq baş nazir vəzifəsində qalacaq.

XS
SM
MD
LG