Accessibility links

Qara ciyər transplantasiyası [Video]


Qara ciyər transplantasiyası
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Qara ciyər transplantasiyasına 1963-cü ildən başlamasına baxmayaraq, bu əməliyyat hələ də çox ciddi və riskli əməliyyatlardandır. Adətən qara ciyər transplantasiyası olunanların 28 faizi 5 il ərzində ölür. Lakin Pitsburq Tibb Mərkəzində aparılan tədqiqatlar orqan köçürülməsində daha yaxşı nailiyyətlər əldə edilə biləcəyini göstərir.

Bu cihaz donuzun qara ciyərini soyuq saxlayır və oksigenlə təmin edir. “Bu cihazın iki nasosu var ki, bu nasosların hər biri hepatica və qapı arteriyalarından mayeni qara ciyərə aparır.”

MakQouan institutunun Regenerativ Tibb şöbəsinin transplantasiya cərrahı Paulo Fontes oksigenin orqan toxumalarının 9 saatdan çox yaşamasına yardım etdiyini deyir.

Hazırda donorlardan alınan qaraciyərlərin 20-dən 40 faizə qədəri uzun müddət buzda saxlandığı və oksigen çatışmazlığı səbəbindən gərəksiz hala düşür. “Əvvəllər də belə cihazlar icad edilmişdi, bu kimi nəticələrə gəlinmişdi. Lakin çox az adam bizim istədiyimiz kimi, orqanların müxtəlif toxumalarına yol açacaq temperatur səviyyəsinə diqqət yetirib. ”

Pitsburq Universiteti və Hollandiyanın Tibb Univertsiteti alimləri birgə bu problemlə bağlı 20 il apardıqları tədqiqatlardan sonra orqanı oksigenlə təmin edəcək süni qan icad ediblər. Bu, laboratoriyada heyvanlar üzərində aparılan sınaqlarında 100 faiz nailiyyətlə nəticələnib. “Mən 25 ildir transpalntasiya əməliyyatları edirəm və ağlıma gəlməzdi ki, heyvanlarda qara ciyər transplantasiyasından bir neçə saat sonra əməliyyat olmamış kimi görünsün” deyə, cərrah bildirir.

Bu cihaz adi cihazlardan fərqli olaraq, hemoqlobin molekulalarını transplantasiya olunacaq qara ciyər toxumalarına daha dərin ötürür, yəni oksigenlə 8 dəfə çox təmin edir.

Alimlər qara ciyəri oksigenlə təmin edən testlərin insanlar üzərində aparılması üçün Birləşmiş Ştatların Ərzaq və Dərman Administrasiyasının razılığını gözləyir. Onlar bu sistemdən digər transplantasiyalarda da istifadə ediləcəyinə ümid bəsləyir.

XS
SM
MD
LG