Accessibility links

Liviyalı terrorçu evində vəfat etdi


Sərnişin təyyarəsini partlatdığına görə Britaniyada məhkum edilmiş, lakin bu yaxınlarda həbsdən azad edilmiş sabiq Liviya kəşfiyyatçısı uzun sürən xərçəng xəstəliyindən sonra vəfat edib. Bu xəbəri məhkum edilmiş terrorçunun ailə üzvləri təsdiq edib.

Əbdül Baset əl-Meqrahinin qohumları yaxınları onun 60 yaşında öz evində öldüyünü xəbər veriblər. Əl-Meqrahi Pan Am 103 reysli uçuşun partladılmasına görə məhkum edilmiş yeganə şəxs idi. Şotlandiyanın Lokerbi şəhəri üzərində təyyarənin partlaması nəticəsində səmada 270, yerdə isə 11 adam həlak olub.

Neytral Hollandiya ərazisində şotland hakimlərin keçirdikləri məhkəmədə əl-Meqrahi günahkar bilinib. O, Şotlandiya həbsxanasında 8 il cəza çəkdikdən sonra səhhətindəki problemlərə görə məhbəsdən azad olunub.

2009-cu ildə həbsxanadan çıxaraq Liviyaya qayıdan əl-Meqrahini o zaman ölkənin diktatoru Müəmmər Qəzzafi qəhrəman kimi qarşılamışdı.

XS
SM
MD
LG