Accessibility links

Liviyanın yeni hökuməti və təhlükəsizlik qüvvələrinin üzləşdikləri problemlər Viyanada toplaşan diplomatların əsas diqqət mərkəzindədir. Ölkə 2011-ci ildə baş verən iğtişaşlar zamanı Müəmmar Qazzafinin öldürülməsindən sonra xaosla üzləşib.

Bu gün nəzərdə tutulmuş danışıqlardan əvvəl ABŞ dövlət katibi Con Kerri İordaniyanın xarici işlər naziri Nasir Cudehlə Bristol mehmanxanasında görüşüb.

Kerri və İtaliyanın xarici işlər naziri Paolo Gentiloni görüşə başçılıq edir. Müzakirələrin məqsədi Liviyada stabilliyi bərqərar edə biləcək Qərbin də ümid bəslədiyi Milli Ahəng Hökumətini dəstəkləməkdir.

Beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökumət üsyançı qüvvələr tərəfindən çətinliklərlə üzləşib.

Yeni hökumət həmçinin Siirt şəhərində qərargahlananİslam Dövləti qrupunun yaraqlılarıyla problemlərlə üzləşib.

Yaraqlılar həmin qərargahdan istifadə edərək Tunisə hücum edirlər.

Dövlət Departamentinin rəsmisi jurnalistlərə bildirib ki, görüşdə iştirak edən bütün diplomatlar İŞİD-in Liviya və regionda əsas problem olduğunu vurğulayıblar.

Rəsmi bildirib ki, Liviyada İŞİD-in güclənməsi Yaxın Şərqə və Avropaya çıxış imkanı əldə etməsi demekdir.

XS
SM
MD
LG