Accessibility links

Liviyada günlərlə davam edən döyüşlərdən sonra islamçı yaraqlılar xüsusi qüvvələrin baş qərargahını ələ keçirib.

İslamçı və cihadçı alyansı olan Benqazi İnqilab Şurası və ordu Benqazidə əsas hərbi bazanın ələ keçirildiyini təsdiq edib.

Vaşinqtonun terrorçu təşkilat adlandığı Ənsar Əl-Şəriə də döyüşlərdə iştirak edib. Facebook-da yayılan şəkillərdə hücum zamanı çoxsaylı silah ələ keçirildiyi nümayiş etdirilir.

Şənbə günündən bəri Benqazi döyüşlərində 60 nəfər həlak olub. Xüsusi qüvvələrin Reuters-ə bildirdiyinə görə, əsgərlər islamçıların güclü hücumuna müqavimət göstərə bilməyərək geri çəkilib.

Tripoli hava limanı yaxınlıqdakı döyüşlərə görə iki həftədən bağlıdır. Rəsmilər yanacaq tankerinə atılan raketin güclü yanğına səbəb olduğunu bildirir.

Hava limanı uğrunda döyüşlər iyul ayının 13-dən başlayıb. Onlarla insan həlak olub.

XS
SM
MD
LG