Accessibility links

Es Sider şəhərində raket neft bazasına düşüb

Cümə axşamı Liviyada azı 19 nəfər islamçı yaraqlılarla döyüş zamanı həlak olub.

Fransa xəbər agentliyi Sirtedə baş verən qarşıdurma zamanı 19 əsgərin həlak olduğunu bildirib. Es Sider şəhərində isə raket neft bazasına düşüb.

Nəticədə yanğın baş verib, lakin rəsmilər zərərin çox olmadığını bildirir.

Liviyanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan höküməti “Liviya şəfəqi” adlanan üsyançı qrupun avqust ayında paytaxt Tripolini işğal etdiyindən sonra fəaliyyətinə ölkənin şərqindən davam edir.

BMT Liviyadakı döyüşlərdə avqust ayından bəri yüzlərə insanın həlak olduğunu və ölkədəki hərbi qrupların müharibə cinayətlərinə görə məsulliyət daşıdıqlarını bildirib.

XS
SM
MD
LG