Accessibility links

Son 24 saat ərzində Liviyada 61 adam öldürülüb


Son 24 saat ərzində Liviyada 61 adam öldürülüb. Beləliklə son iki həftə ərzində ölənlərin sayı 150-yə yaxınlaşır.

Liviyanın Benqazi şəhərində hökumət qüvvələri ilə islamçı yaraqlılar arasında qarşıdurma nəticəsində 38 adam öldürülüb.

Misirin dövlət mediasının bildirdiyinə görə, paytaxt Tripolidə raketin evə düşməsi nəticəsində 23 misirli həlak olub.

Liviya 2011-ci ildə Müəmmar Qəzzafinin devrilməsindən sonra ən ağır zorakılıqlarla üzləşib.

BMT, ABŞ və Türkiyə diplomatik heyətlərini o ölkədən çıxarıb.

ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, Liviyanın milis dəstələri arasında qarşıdurmaya görə ABŞ-ın Liviyadakı vətəndaşlarına ölkəni tərk etmək xəbərdarlığı verilib.

Dövlət Departamenti Liviyada vəziyyətin qeyri-sabit olduğunu bildirib.

ABŞ dövlət katibi Con Kerri deyib ki, zorakılıqlar səfirliyi hədəf almasa da işçilərin real risklə üzləşib.

Türkiyənin Xarici İşlər Nazirliyi Tripolidəki diplomatik missiyasının dayandırıldığını və 500 nəfər Türkiyə vətəndaşının Tunisə köçürüldüyünü bəyan edib.

Son həftələr Tripolinin hava limanının nəzarəti uğrunda rəqib qruplaşmalar arasında döyüşlər şiddətlənib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG