Accessibility links

Liviyanın rəqib parlamentlərinin bu gün razılıq əldə edəcəkləri gözlənilirdi. Lakin parlament rəhbərlərinin razılığı təsdiq etməməsi ilə mərasim sabaha keçirilib.

Parlament liderləri Aquila Saleh və Nuri Əbu Sahman ilk dəfə çərşənbə axşamı günü görüş keçirib. Onlar Liviyanın daxili məsələlərinin xaricdən təzyiq olmadan həllinin tərəfdarı olduqlarını bildiriblər.

2011-ci ildə Müəmmar Qəzzafinin devrilməsindən sonra rəqib hökumətləri bir araya gətirən razılıq BMT-nin vasitəçiliyi ilə əldə edilib.

Sənəd 40 gün ərzində birlik hökumətinin təşkilini nəzərdə tutur.

BMT, Avropa İttifaqı, Ərəb Liqası və digərləri Liviyada sülh səylərini dəstəklədiklərini və planı alqışladıqlarını bildirib.

Tərəflərin İtaliya görüşündən sonra verdikləri bəyanatda Liviyanın suverenliyi və birlik hökumətinə dəstək vəd edilir.

XS
SM
MD
LG