Accessibility links

Bu gün yayılan videoda İslam Dövləti yaraqlıları tərəfindən Liviyada bir neçə qrup Efiopiya xristianının qətlə yetirildiyi nümayiş etdirilib.

Bir qrup insanın gülləndiyi, digərinin isə başlarının kəsildiyi göstərilib.

Eyni zamanda 90 mindən artıq insan İslam Dövləti yaraqlılarının irəlilədiyi İraqın Ənbar vilayətindən didərgin düşüb.

BMT-nin bildirdiyinə görə, insanlar Ramadi və ətraf kəndlərdən evlərini tərk edib.

Dünən İraq qüvvələri ölkənin nə böyük neftayırma obyektini yaraqlılardan geri alıb. Səlahuddin vilayətində yerləşən Baici neftayırma zavozu ətrafında döyüşlər hələ də davam edir.

Bu zavod iyun ayında bağlanmazdan əvvəl gündəlik 175 min barrel neft hasil edirdi.

Noyabr ayında zavod yaraqlılardan azad edilsə də, az sonra yenə onların əlinə keçmişdi.

XS
SM
MD
LG