Accessibility links

Minlərlə mühacir Tunisin Liviya ilə sərhədində çadır düşərgələrində məskunlaşıb


Minlərlə mühacir Tunisin Liviya ilə sərhədində çadır düşərgələrində məskunlaşıb

Minlərlə mühacir Tunisin Liviya ilə sərhədində çadır düşərgələrində məskunlaşıb

Yüzlərlə başqa misirli Tunisin Zarzis şəhərində sinif otaqları və idman zalında müvəqqəti sığınacaqlarla təmin edilib

Tunis hərbi qüvvələri Liviya ilə sərhəddə minlərlə işçi mühaciri yerləşdirmək üçün çadır düşərgələri qurub. Əksəriyyəti misirlilər olan mühacirlər günlərlə çadır düşərgələrində qalıb öz ölkələrinin hökumətlərinin onları vətənə qaytaracaqlarını gözləyirlər.

Sərhəddi keçən bir qrup çinli dəmiryol işçisi düşərgələrdə qalmayıb, öz ölkələrinə uçuşlara yol tapmaq məqsədi ilə dünən avtobus növbələrində gözləyiblər.

Bir çox misirli mühacir öz hökumətlərinin laqeyidliklərindən şikayət edərək, Tunis rəsmilərindən göstərişlər gözləyir. Yüzlərlə başqa misirli Tunisin Zarzis şəhərində sinif otaqları və idman zalında müvəqqəti sığınacaqla təmin edilib.

XS
SM
MD
LG