Accessibility links

Liviya hökuməti NATO-nun yaşayış binalarını hədəf aldığını deyir


Liviya hökuməti NATO-nun yaşayış binalarını hədəf aldığını deyir
Liviya hökuməti NATO-nun yaşayış binalarını hədəf aldığını deyir

NATO dünən Liviyanın hərbi komandanlığına ağır hava zərbələri endirdiyini desə də, hökumət hücum zamanı Müəmmar Qəzzafiyə yaxın bir ailənin evinin dağıldığını bildirib. Alyans əvvəlcə yaxın zamanlarda Tripolidən 65 km-lik məsafadəki Surman bölgəsində heç bir hərbi əməliyyat keçirilmədiyini deyərək, hücumu danıb. Bundan sonra NATO nə qədər adamın həlak olduğunu təsdiq edə bilmədiyini, lakin ölənlər olduğunu etiraf edib.

Livya hökuməti NATO-nun Xuveydi Əl-Həmidinin evini bombaladığı zamanı onun həyat yoldaşı və nəvələri də daxil edilməklə, 15 nəfərin öldüyünü bildirib. Əl-Həmidi Müəmmar Qəzzafinin Liviya İnqilab Komandanlığı Şurasının üzvüdür.

Dünən Qəzzafiyə loyal 20 əsgər müxalifətin tərəfinə keçib. Müxbirlərlə Benqazidə danışan dörd əsgər Qəzzafinin öz legitimliyini itirdiyini deyir.

XS
SM
MD
LG